F-1.az xatırladır ki, son dövrlər Həmilton və Qrojan hazırkı bolidləri sürməyin asan olmasından şikayət edirlər.
Maks Ferstappen: “Əgər hazırda kartinqlə məşğul olsam, yorularam. Amma 15 yaşımda daha asan idi. Lakin bu, o demək deyil ki, fiziki cəhətdən zəifəm. Kartinqlə məşğul olan bir adam F1 bolidi sürsə, sabahsı gün boynu ağrıyar. Bunu müqayisə etmək yersizdir. Fərqli əzələ qruplarını fərqli şeylər üçün istifadə edirsiniz və fərqli formada hazırlaşırsınız. Bu, hər idmanda belədir”.