F-1.az xatırladır ki, Red Bull Karlos Sayns ilə müqaviləni bir il daha uzadıb və gələn il ispaniyalının Toro Rosso komandasında yarışacağını rəsmən açıqlayıb.
Ferstappen Saynsın müqaviləsi barədə danışıb: “Formula1-də bir il daha qalması onun üçün yaxşı xəbərdir. Yəni digər komandalarda yarışması nə qədər mümkündür bilmirəm, amma bu, onun üçün yaxşı oldu”.
Xatırladaq ki, Red Bull Azərbaycandakı yarışdan əvvəl Rikkardo və Ferstappen ilə müqaviləni 2018-ci ilə qədər uzatmışdı. Toro Rosso-dakı yerlərdən biri Karlos Saynsın oldu. Horner isə verdiyi açıqlamada bildirib ki, onlar Kvyatla da müqaviləni uzada bilərlər.
Ferstappen bildirib ki, komandanın Saynsla müqavilə bağlaması onu təzyiq altına almayacaq: “Xeyr. Karlosa görə özümü təzyiq altında hiss etmirəm. Toro Rosso-da olanda onu həm yarışda, həm də sıralanma turunda məğlub edə biləcəyimi göstərdim. Ümumi olaraq özümü təzyiq altında hiss etmirəm”.