F-1.az xatırladır ki, Fettel yarışın startında Bottasa arxadan çırpıldığı üçün hər iki sürücü də geriyə düşüb. 20 yaşlı sürücü isə mətbuat konfransında Fettelin qəzası barədə danışıb: “Məncə, Sebastyanı görəndə ona deyin ki, stilini dəyişsin. Çünki bu, qəbulolunmazdır. Mövsümün əvvəlindən mənə bunu deyirlər. Ona da deməlidirlər. Təbii ki, Sebastyan heç nə etməyəcək. Bu otaqdakı hamıya tövsiyə edirəm.
Hamımız insanıq. Ümid edirəm ki, Avstriyada jurnalistlər tərzimi dəyişdirməyimi istəməzlər. Çünki bu barədə çox eşitmişəm və narahat oluram”.