F-1.az xəbər verir ki, niderlandlı sürücü yarışa daha yaxşı start mövqeyinə ümid etdiyni inkar etməyib, eyni zamanda maşının sürətinin sabah qələbəyə imkan verəcəyini bildirib.
Maks Ferstappen: “Son dövrəyə yaxşı başlasam da, sonra bir qədər vaxt itirdim. Bir neçə kiçik səhv etdim, ümumilikdə isə tarazlıq tapmaqda çətinlik çəkdim. Təbii ki, belə bir nəticə istəməzdim, amma komanda olaraq ikinci və üçüncü yerləri tutduq, buna görə də, yaxşı şansımız var. Tək dövrədə bir qədər ləng idik, amma uzun yarışda maşının daha yaxşı olacağını gözləyirəm”.