M.Ferstappen: İnkişaf var

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bu həftəsonu inkişaf ediblər.

F-1.az xatırladır ki, Avstriya təmsilçisi keçən həftə balans problemləri yaşamışdı. Bu gün Aleksander Elbon bir neçə dəfə yerində fırlanıb. İkinci sərbəst yürüşlərdə 1-ci yeri tutan komandanın lideri Maks Ferstappen maşından razı deyil, amma düşünür ki, bu həftə inkişaf edə biliblər: “Keçən həftəyə nisbətən daha yaxşı hiss edirəm. Bolid barədə çox şey öyrənmişik. Keçən həftə xoşbəxt deyildik və buna görə də bəzi şeyləri düzəltməyə çalışdıq. Doğru yoldayıq.

Yarışı qazanmağa gücümüz çatarmı bilmirəm. Bunu bazar günü biləcəyik. Görək sabah necə olur”.

Hava proqnozlarına əsasən sabah Şpilberqdə güclü külək və yağış gözlənilir. Buna görə də sıralanma turu keçirilməyə bilər. Belə olan halda, sürücülər startda ikinci sərbəst yürüşlərin nəticəsinə görə düzüləcəklər.

Maks Ferstappen: “Hələki pouldayam. Görək sabah sıralanma turu necə olacaq. Məncə, sıralanma turu sabah olmasa da, bazar günü səhər baş tutacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*