F-1.az xatırladır ki, Monakodakı cümə sərbst yürüşlərində Ferrari pilotları birbaş üstün olublar.
Maks Ferstappen: “Bolidin reaksiyasını yoxlamaq üçün cümə günü fərqli şeylər sınadıq. Birinci sərbəst yürüşlərdə özümü daha yaxşı hiss edirdim. Boliddə balans olanda daha rahat sürüesünüz və nəticə daha yaxşı olur. Ancaq Ferrari ilə müqayisədə performansımızı artırmalıyıq.
Bolidlərin ağırlığını dəqiq şəkildə hiss edirsiniz. Daha ağır və yavaşdırlar. Boliddə dalğalanma da olur və bu işi çətinləşdirir”.