M.Ferstappen: İndy500-də yarışmayacağam

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, İndy500-də yarışmaq fikri yoxdur.

F-1.az xatırladır ki, Avtoidman tarixinin 3 prestijli yarışı var: Formula1-də Monako Qran Prisi, İndiCar-da İndy500 yarışı və 24 saatlıq Le Man marafonu. Bu üç yarışı qazanan sürücüyə üçlü tac verilir. İndiyə kimi üçlü tacı alan yeganə sürücü isə Qrəhəm Hilldir. İndiki dövrdə üçlü taca namizəd olan iki pilot var: Xuan Pablo Montoya və Fernando Alonso.

Maks Ferstappen: “İndyCar-ı izləməyi sevirəm. Məncə, orada çoxlu güclü pilotlar var. Bəzi sürücülərlə yaxşı münasibətim var və uğurlarını görmək mənə həzz verir. bəs İndy500-də yarışacağam? Qətiliklə deyirəm ki, yox. Ora gedib yarışa baxa bilərəm, amma trasa çıxmaram.

hələ çox cavanam, ancaq gələcəkdə Fernando kimi fərqli seriyalarda yarışmaq istədiyimi dəfələrlə demişəm. Ən böyük problem odur ki, başqa seriyalarda qazandıqdan sonra Formula1-ə qayıtmaq çətin olur, çünki zəif komandaya düşsəniz və qazanmaq şansınız olmasa, sizin üçün çətin olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*