F-1.az xatırladır ki, niderlandlı sürücü vətənindəki qran prinin cümə sərbəst yürüşlərində problemlərlə üzləşmişdi. Lakin o, şənbə günü geridönüş edərək, poul qazanıb.
Maks Ferstappen: “İnana bilmirəm. Dünən çox çətin keçmişdi və ondan sonra poulda olmaq əladır. Bütün gecə komanda olaraq çox işlədik və düzgün yolu tapdıq. Bu işlərin hesabına bolidimzi bu gün sürətləndi, amma mübarizə də yaxın idi. Həzz aldım”.