F-1.az xatırladır ki, niderlandlı sürücü bu il 22 yarışdan 15-i qazanıb. bu isə 68.2 faizlik nisbət deməkdir. Red Bull isə bu il 17 yarış qazanıb və bu da 77.3 faizlik nisbətdir.
Maks Ferstappen: “Məncə, yaxşı yarış idi. Hər şey təkərlərə yaxşı nəzarətdən asılı idi. Məncə, Medium təkərləri yaxşı işlətdik və Hard təkərlərə sona qədər nəzarət etməli olduq. Yenə də burada yenidən qalib gəlmək və mövsümdəki 15-ci qələbəni almaq inanılmazdır. Komanda ilə bu uğuru qazanmaq həzz verdi. Bilirəm çətin olacaq, amma gələn il də bunu təkrarlamaq istəyirik”.