F-1.az xəbər verir ki, çox vaxt klassik 1988 mövsümü ən yaxşıların olduğu kateqoriyaya aid edilir – həmin il McLaren sürücüləri 16 Qran Pridə 15 qələbə qazanmışdılar ki, bu da 93%-dən çoxdur. Red Bull-un bu il qələbə faizi bir qədər azdır, lakin Milton Keynes komandasının nailiyyətləri heç də adi deyil, çünki Ferstappen və Peresin 17 qələbəsinə iki sprint zəfəri də əlavə edilməlidir.
Maks Ferstappen: “Mövsümün bu qədər yaxşı keçəcəyini gözləmirdim, xüsusən də ilk yarışlarda mənə elə görünmürdü. Bütün Red Bull komandası həqiqətən xoşbəxtdir. Başa düşürəm ki, 15 qələbənin olduğu illər nadir hallarda olur, çünki 2022-ci ilə qədər cəmi 20 qələbəm olub. İndi bir mövsümdə onların sayı 15-dir, bu, sadəcə inanılmazdır.
Fransa Qran Prisində qalib gələndə düşündüm ki, titul bizimdir. Gərək bəxtsizlik olmasın. O vaxt biz artıq böyük üstünlüklə lider idik və düşünürdüm ki, bunu əldən verməyəcəyik. Əslində, Fransadakı yarışdan sonra işlər daha da yaxşılaşdı. Kimin ağlına gələrdi ki, ikiqat çempion olacam. Avtoidmana başlayanda bu barədə düşünmürdüm. Bununla kifayətlənməyəcəm”.