M.Ferstappen: İmola qırılma anı idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Emiliya Romanya yarışı mövsümdə qırılma anı olub.

F-1.az xatırladır ki, 25 yaşlı sürücü mövsümün üçüncü yarışı Avstraliyada mübarizəni vaxtından əvvəl dayandırmış və Sürücülər Çempionatında Leklerin 46 xal gerisinə düşmüşdü. Lakin Maks növbəti yarış olan İmolada həm sprint, həm də əsas yarışı udaraq, monako rəqibi ilə fərqi azaltmışdı.

Maks Ferstappen: “Avstraliyadakı çətin həftəsonundan sonra özümüzə gəlməli idik. İmolada işlər yaxşı getdi. İtaliyaya gedəndə bikirdim ki, potensialımız var, amma çox işləməli idik. İmoladan sonra çempion olacağıma inandım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*