F-1.az xatırladır ki, niderlandlı sürücü hazırda Leklerdən 80 xal öndədir. Buna görə də çempionluğun ən böyük namizədidir. Gənc pilot üç yarışda iştirak etməsə belə liderliyi əldən verməyəcək. Hətta, bundan sonra bütün yarışlarda ikinci olsa belə, yenə çempiondur.
Maks Ferstappen: “Əgər çempion olsam, bu əvvəlkinə nisbətən daha az emosional olacaq. Bu, bir sürücünün ilk yarışına çıxması kimidir. Dünya Çempionluğunu saymasaq, ilk yarışıma çıxmağım karyeramın ən böyük qələbəsi idi. Digərlərində bu qədər emosional olmadım, çünki ilk dəfə F1 bolidinin həzzini yaşayırsınız. Bunu əldə etmək çətindir”.