F-1.az xatırladır ki, 19 yaşlı sürücü mövsümün ilk yarısında 6 dəfə mübarizəni vaxtından əvvəl dayandırmalı olub. Hollandiyalı sürücü 67 xalla 6-cı yerdədir və komanda yoldaşı Rikkardodan 50 xal geridə qalır.
Maks Ferstappen: “Çox qəribə mövsüm gedir. Mübarizəni dayandırdığım yarışları saymasaq, hər şeydən razıyam. Bəzən bəxtim gətirmədi, amma avtoidmanda bu cür şeylərin olması labüddür. Bəlkə, daha çox xal toplaya bilərdim, amma indiyə kimi mümkün qədər çox xal toplamağa çalışdıq. Vacib olan bu idi. Yay tətilindən sonra bizi çətin yarışlar gözləyir. Davamlı inkişaf etməliyik. Rəqiblərimizi təzyiq altında saxlayaraq, qələbə uğrunda mübarizə aparmaq istəyirik”.