F-1.az xatırladır ki, niderlandlı sürücü cümə sərbəst yürüşlərini ikinci yerdə bağlayıb.
Maks Ferstappen: “Məncə, yaxşı gün idi. Boliddə bəzi şeyləri sınadıq və yaxşı nəticə aldıq. Bolid taxşı vəziyyətdədir.
İkinci sessiyanın fərqli keçəcəyini bilirdik və mənə daha əvvəl burada işlətmədiyimiz C1 təkərlərini verdilər. Buna görə çətinlik çəkdim. Lakin proqramımızı bitirə bildik.
Bolid burada güclü görünür. Vahid dövrə performansımıza da baxacağıq. Ancaq yarış tempimiz müəmmalıdır, çünki ikinci sərbəst yürüşlərdə iştirak edə bilmədik. Yenə də bolidimə güvənirəm”.