F-1.az xatırladır ki, niderlandlı sürücü Kanadada cümə günü ən sürətli pilot olub.
Maks Ferstappen: “Çox gözəl gün idi. Bolid trasa çıxan kimi əla işlədi. Təbii ki, bolidin inkişaf potensialı var, amma həftəsonuna əla başladıq.
Yarış tempində güclüyük. Tras hələ də təkərlər və əyləclər üçün problemlidir. Buna görə də inkişaf etməliyik. Bunlara baxmyaraq, yarış üçün güclü maşınımız var. Görək sıralanma turunda nə edirik”.