M.Ferstappen: İlk dövrədəki belə riski anlamadım

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, sürücülərin niyə bu qədər risk aldığını anlamır.

F-1.az xatırladır ki, niderlandlı sürücü üçüncü başladığı sprint yarışında riskə getməyib və yarışı başladığl yerdə bitirib. Startda Rassellə təmas yaşayan və bolidini zədələyən ikiqat Dünya Çempionu əvvəlcə dördüncü yerə geriləyib.

Maks Ferstappen: “Sürücülərin nəyə görə bu qədər risk aldığını anıamamışam. İlk dövrədə saydpodumu deşdilər. O an hamımızın təkərləri soyuq idi. Buna görə də təkərləri kilitləmək asan idi. Amam bu hücum məntiqsiz idi. Yenə də problem deyil. Yenə də üçüncüyük. Yaxşı xallar qazandıq. Maşının vəziyyəti yaxşı görünmür. Sabaha köklənməliyik”.

Sprint yarışından sonra Ferstappenlə Rassell arasında sözlü münaqişə olub. Xatırladaq ki, təmasdan sonra Ferstappenin maşınının sol saydpodu deşilmişdi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*