M.Ferstappen: İlk cərgəni tutmağımıza şadam

F-1.az xəbər verir ki, mövsümün son yarışının sıralanma turunda qalib gələn niderlandlı sürücü mövsümdə 7-ci dəfə bu nailiyyəti əldə edib.

Maks Ferstappen: “Sıralanma turu o qədər də asan keçmədi. Hər şey yaxşı başladı, amma ikinci sessiyada çətinliklər oldu. Səbəbini bilmirəm, amma asfaltla ilişmə yaxşı deyildi. Bununla belə, final sessiyasında hər şey normal vəziyyətə qayıtdı, baxmayaraq ki, təzə başlayanda maşın söndü və mən yenidən işə salmalı oldum.

Trasda yaxşı nəticələr göstərdik və bu, xoşdur. Sevinirəm ki, hər iki maşınımız startda ilk cərgədə qərarlaşacaq. Əlbəttə ki, yarışda qalib gəlmək istəyirəm, lakin Serxionun çempionatda 2-ci yeri tutması da eyni dərəcədə vacibdir. Ümumiyyətlə, sabahkı Qran Prinin startı bizim üçün çox əlverişlidir. Komandamızın hər iki maşını yarışa ön cərgədən başladığı üçün nə istəsək, edə biləcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*