M.Ferstappen ikiqat dünya çempionudur

Mövsümün 18-ci yarışı geridə qalıb və niderlandlı sürücü gözlənildiyi kimi, ardıcıl ikinci titulunu rəsmiləşdirib.

F-1.az xəbər verir ki, yarışa pouldan başlayan Maks startda ləngisə də, mövqeyini əldən verməyib. Qırmızı bayraqlardan sonra restartda da yerini qoruyan gənc sürücü növbəti dövrələrdə fərqi artırıb. Şarl Leklerin 5 saniyəlik cəza alaraq Serxio Peresin gerisinə düşməsi titul üçün kifayət edib.

Xalların hesablanma qaydası komanda rəhbərlərindən sürücülərə, hətta Ferstappenin özünə qədər təəccüb yaradıb – 75% hissəsi tamamlanmamış yarışa tam xal verilməməli olduğu halda, tam xallar hesablanaraq Red Bull-un sürücüsü çempion elan edilib.

Federasiya daha sonra bu məsələyə aydınlıq gətirib. İdman reqlamentinin 3.2.4 bəndinə görə, əgər yarış dayandırılarsa və davam etdirmək mümkün olmazsa, vurulan dövrələrin sayına uyğun olaraq xallar verilir. Buradan da belə nəticə çıxır ki, əgər yarışda qət edilən məsafədən asılı olmayaraq, damalı bayraq göstərilərsə, ilk 10 sürücüyə tam xal verilir.

Maks Ferstappen keçən ildən sonra bu il də çempion olaraq adını ikiqat çempion olan sürücülər arasına yazdırıb. O, həm titul, həm də qələbə sayında Fernando Alonsoya çatıb. Ferstappen ən gənc yaşda ikiqat dünya çempionu olan dördüncü sürücüdür. İki titulu ən gənc yaşda ardıcıl qazananlar arsında isə ikinci yerdədir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*