F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa pouldan başlasa da, təkərləri tez yeyilib və Lekler onu keçib. Buna görə də o, erkən pit stop etməli olub. Hər kəs onun üçüncü olacağını gözləsə də, Saynsın sonlarda motor partlatması ilə ikinci yeri tutub.
Maks Ferstappen: “Çox çətin gün idi. Yarışın əvvəlində təkərlərdə problem yaşadıq və bu hadisə bütün dəst təkərlərdə davam etdi. Xüsusən də, Şarlla mübarizədə çox yeyilmə oldu. Buna baxmayaraq, ikinci yer əla nəticədir. Bu mübarizə mövsümün sonuna qədər davam edəcək. Bunu görmək gözəldir”.