M.Ferstappen: İkinci yer qələbəyə bərabərdir

Macarıstan yarışından əvvəl qəza edən Maks Ferstappen ikinci yer qələbəyə bərabər sayır.

F-1.az xatırladır ki, Red Bull komandasının sürücüsü yarışdan əvvəl bolidi start düzülüşünə gətirərkən, bariyerlərə çırpılıb və nəticədə həm ön qanad qırılıb, həm də asılqan zədələnib. Lakin mexaniklər qarışqa kimi işləyərək, yarışın startına 5 dəqiqə qalmış problemi aradan qaldırıblar.

Maks Ferstappen isə yeddinci yerdə başladığı yarışı yaxşı start və düzgün strategiya ilə ikinci yerdə başa vurub.

Maks Ferstappen: “Düzülüşə gələndə bolidi bariyerlərə vurmaq istədiyim şey deyildi, amma mexaniklər əla işləyərək, maşını təmir etdilər. Bu, inanılmaz idi. İkinci yeri tutaraq onlara təşəkkür etdim.

Yarışın ilk dövrələri çox vacib idi və doğru qərarlar verdik. İşimizi gördük və nəticəsə iki Mercedes-in arasına girə bildik. Qəzadan sonra düşündüm ki, yarışa bilməyəcəyik. Buna görə də ikinci yer qələbəyə bərabərdir.

Yarışın sonlarında tempimi qorumağa çalışdım və Valtterinin yaxınlaşdığını görürdüm. Ancaq fərqi 1.5 saniyəyə endirəndən sonra onun vəziyyəti çətinləşdi. Son dövrədə həm də trafik var idi və köhnə təkərlərlə işimiz ikiqat çətinləşdi. Ancaq yerimi qoruya bildim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*