M.Ferstappen: İkinci sərbəst yürüşlər meyar deyil

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, cümə günündən sonra hələ heç nə məlum deyil.

F-1.az xatırladır ki, niderlandlı sürücü birinci sərbəst yürüşlərdə Hard təkərlərlə ən sürətli olub. Ancaq çempionatın lideri ikinci sərbəst yürüşlərdə Soft təkərlərlə sıralanma tempində getsə də, Lesmos döngəsinin çıxışında və Askari şikanında trafikə düşərək, beşinciliyə razı olub. Bundan sonra o radioda əsəbi formada danışıb.

Maks Ferstappen: “Fərqli qanad bucaqlarında sürdük. Ən yaxşı sazlanmanın nə olduğunu təhlil etməliyik. Montsada bu çətin ola bilər. Lakin daha yaxşı nəticə mümkün idi.

Yavaş və sürətli döngələr arasında hələ də xırda sazlanmalar edirik, amma əminəm ki, yaxşı olacaq. İkinci sessiyada hər şeyə baxmaq çətin idi. Buna görə də görüləcək işlər var.

Ən sürətli dövrəmdə ikinci sektorda trafikə düşdüm. Yarış tempində də istədiyim kimi işləyə bilmədim. Buna görə nəsə demək mümkün deyil. Ancaq yarış tempimdə vəziyyət hamıda eynidir. İnkişaf etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*