M.Ferstappen: “İkinci ola bilərəm”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarışda hər iki Ferrari-ni keçə bilər.

F-1.az xatırladır ki, Avstraliyadakı sıralanma turunda 4-cü olan hollandiyalı sürücü lider Həmiltondan bir saniyə geridə qalıb.

Maks Ferstappen: “Bugünkü sıralanma turundan həzz aldım. Hər şey müəmmalı idi. Bu barədə düşünməsəm də, daha yaxşı nəticə qazana bilərdim. Son dövrəmdə 13-cü döngəyə çox geniş daxil oldum və orada 0.2-0.3 saniyə vaxt itirdim. Bilirəm ki, Ferrari-yə yaxınıq. Bu gün ikinciliyi əldən verdim. Sabah uzun yarış var və hər şeyi doğru etsək, podiuma çıxa bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*