F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 6-cı yerdən başlasa da, startda 4-cü yerə yüksəlib. Amma pitdən qayıtdıqdan sonra arxa əyləcində problem yaşayaraq, mübarizəni dayandırmalı olub.
Maks Ferstappen: “Bu gün hər şey qaydasında gedirdi və Mercedes sürücüləri ilə eyni tempdə gedirdik. Hətta bir ara Lyuisdən daha sürətli idim. Fettel pitə girdikdən sonra biz də eyni strategiyanı seçmək istədik. Əla strategiya idi, amma arxa əyləclərdəki problemə görə yarışı davam etdirə bilmədim. Podiuma yüksəlmək üçün gözəl şansımız var idi. İkinci yeri tuta bilərdik.
Bolid ilk iki yarışa nisbətən daha güclüdür. Yarışda bundan istifadə edə bilmədiyimiz üçün məyusam. Vacib xallar itirdik. Bunlar avtoidmanda baş verə biləcək hadisələrdir. Ümid edirəm ki, Rusiyada işlər bizim üçün yaxşı gedər və Bəhreyndə itirdiyimiz xalları kompensə edərik”.