F-1.az xatırladır ki, gənc hollandiyalı sürücü keçən il “İlin personası”, “İlin debütantı” və “İlin ötməsi” mükafatlarına sahib çıxmışdı. Bu il Maks yenə də “İlin personası” seçilib və yağışlı Braziliyada sonuncu dünya çempionu Rosberqə qarşı manevri “İlin ötməsi” mükafatına layiq görülüb.
Bu dəfə “İlin debütantı” isə ralli-krosda çıxış edən 18 yaşlı Kevin Hansen seçilib…