F-1.az xatırladır ki, niderlandlı sürücü Formula1 karyerasına 2015-ci ildə başlayıb. Onun hazırda komandası Red Bull ilə 2028-ci ilə qədər müqaviləsi var.
Maks Ferstappen: “Hazırda bir planım yoxdur. Red bull ilə olna müqaviləm bitəndə 31 yaşım olacaq. Daha sonra nə edərəm bilmirəm. Bunu düşünmək üçün vaxtım var. Bir onu bilirəm ki, 40 yaşıma qədər burada yarışmayacam.
Formula1-də yarış çoxdur və bir nöqtədən sonra həzz almırsınız. Həmdə 2028-ci ildə komandanın vəziyyətindən də çox şey asılı olacaq. Əgər sürətimiz olsa, davam edəcəyik”.