F-1.az xatırladır ki, 20 yaşlı sürücü Formula1-də 3 mövsüm keçirməklə, 3 yarış qazanıb və çoxlu podium finişləri olub.
Maks Ferstappen: “Kimsə ilə müqayisə olunmağı sevmirəm. Özümə fokuslanmaq istəyirəm. İnsanlardan yaxşı sözlər eşitmək gözəldir. Amma hazırda bunu düşünməyəcəm. Formula1-də bir saniyə içində təpədən dərəyə düşə bilərsiniz. Həmişə özünüzü ən güclü kimi görməlisiniz. Bunu etməsəniz, burada olmağın mənası yoxdur. Hədəf ən güclü olmaqdır və əlimə şans düşsə, bunu isbat etməliyəm. Bu, boliddən də asılıdır. Amma ümid edirəm ki, özümü sübut edə bilərəm.
Uşaqlığım əyləncəli idi. Mixael Şumaxer ilə birlikdə tətil edirdik və onun oğlu Miklə oynayırdım.
Sebastyan Fettel kimi adamlar köhnə maşınları və motosikletləri sevirlər. Amma mən daha müasirəm. Keçmişlə bağlı nəsə bilirəm. Amma lap köhnə yarışlar barədə heç nə bilmirəm. Sürücüləri tanıyıran, amma köhnə maşınlar mənə maraqlı deyil. O maşınları heç sürmək istəmərəm. Onlar köhnə və yavaşdırlar. Mənlik deyillər”.