F-1.az xatırladır ki, “qırmızı öküzlər” gələn ildən Honda mühərriklərinə keçirlər.
Maks Ferstappen: “Onlarda az hallarda problem görürük. Honda çox ciddi şirkətdir. İndidən stend üzərində işləməyə başlayıblar. Gələn ilə hazır olmaq üçün bizimlə əlaqə saxlayırlar. Çox motivasiyalıdırlar və testlərdə uzun məsafə qət etmək istəyirlər.
Hamı çempionluq uğrunda mübarizə aparmaq istəsə də, bu, çətindir. Yaxşı inkişaf etməliyik. Ümud edirəm ki, gələn ilin sonunda rəqiblərimizə yaxın olarıq. 2020-ci ildə isə çempionluğa oynamalıyıq. Məncə, 2019-cu il yaxşı olacaq”.