F-1.az xatırladır ki, əvvəlki illərdə Renault ilə tərəfdaşlıq edən “qırmızı öküzlər” tez-tez etibarlılıq problemi yaşamışdılar. Lakin Avstriya təmsilçisi bu il Honda mühərriklərinə keçib və hələki etibarlılıqla bağlı problem yaşamayıb.
Maks Ferstappen: “Keçən il boliddə etibarlılıq problemləri olduğu üçün istədiyimiz qədər test edə bilmirdik. Homda dəzgah testlərində çox işləyir və biz də yeni detallarla sürətlənə bilirik. Daha əvvəl bu, mümkün deyildi. Test etmədən bolidin gücünü bilmək olmaz. Buna görə də mövsümün əvvəlindən əla hazırlandıq. Bolid və güc qurğusu etibarlıdır”.