M.Ferstappen: Honda idmandan getməmişdi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Honda əslində idmandan getməyib.

F-1.az xatırladır ki, yaponiyalı motor istehsalçısı keçən il Maks Ferstappenlə çempion olduqdan sonra idmandan getmişdi. Buna baxmayaraq, onlar 2025-ci ilin sonuna qədər Red Bull-a dəstək verəcəklərini bildirmişdilər.

Honda-nın evu olan Suzuka-dakı yarışdan əvvəl yaponlar bildiriblər ki, Red Bull-la olan tərəfdaşlıqlarını böyüdəcəklər. Belə ki, Red Bull və AlphaTauri-nin bolidlərində yenidən Honda yazıları olacaq. Serxio Peres isə Honda Yarış Məktəbinin təmsilçisi seçilib.

Bundan başqa 2025-ci ildən sonra Honda yeni motor reqlamentində yenidən Red Bull ilə işləmək istəyir. Tərəflər artıq danışıqlara başlayıblar.

Maks Ferstappen: “Honda brendinin bolidə qayıtması əla oldu. Honda Racing Corporation loqptipi onsuz da boliddə idi və onlar əslində bizsən ayrılmamışdılar. Onların loqotipkərinin Suzukadan əvvəl maşına qayıtması lap xüsusi oldu.

Bir yerdə yaxşı işləyirik və həzz alırıq. Keçən ilə nisbətən çox şey dəyişməyib. Bu ad artıq daha çox önə çıxacaq və xoşbəxtəm. Gələcək barədə danışmaq üçün tezdir. Amma Honda adı Formula1 üçün vacibdir. Onları yenidən idmanda görmək xoş olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*