F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın startında liderliyi ələ alıb və sona qədər bu üstünlüyünü qoruyaraq, mövsümdə 9-cu qələbəsini əldə edib. Bununla da ən yaxın izləyicisi Həmiltonla fərqi 19 xala qaldırıb.
Maks Ferstappen: “Bu, inanılmazdır. Təbii ki, Çekonun komanda yoldaşınız olması və Meksikada sürməyiniz fantastikdir. Lakin ondan əvvəl də burada azarkeşlər çox yaxşı idi. Formula1-i sevirlər və burada olmaq gözəldir.
Startda üç bolid yan-yana idik və liderliyi almaq üçün gec əylənmək lazım idi. Mən də belə edərək liderliyi aldım. Yarışın taleyini bu həmlə dəyişdi. Bundan sonra öz yarışıma fokuslana bildim. Bolidin tempi də yaxşı idi.
Hələ önümüzdə 4 yarış var. Təbii ki, hazırda hər şey bizim üçün yaxşı görünür, ancaq hər şey bir göz qırpımında dəyişə bilər. Braziliya yarışını dörd gözlə gözləyirəm. Orada yaxşı xatirələrimiz var”.