M.Ferstappen: Hər şey yaxşıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen ikinci sessiyada geridə qalsa da, narahat deyil.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ikinci sərbəst yürüşlərdə 9-cu olub. İlk cəhdi virtual təhlükəsizlik maşınına görə silinən 23 yaşlı pilot, ikinci cəhdində də səhv edib.

Maks Ferstappen: “Sözün açığı, 10-cu döngəni bir az xarici trayektoriyadan döndüm və buna görə də çirkli sahəyə girdim. Lakin yaxşı günü geridə qoyduq. Bolidimiz güclü görünür. Buna görə də sabahı səbirsizliklə gözləyirəm. Bu gün maşında narahatedici heç nə yox idi. Güclüyük. Sabah müımmalıdır, amma maşından razıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*