M.Ferstappen: Hər şey əla idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen sıralanma turundan sonra xoşbəxtdir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bəhreyndəki sıralanma turunda bütün sektorların rekordunu qıraraq, poul qazanıb.

Maks Ferstappen: “Əlbəttə, əla test həftəsi keçirdik və bilirdik ki, heç nə təmin olunmayıb. Daha sonra yarış üçün buraya qayıtdıq və indiyə kimi bolid əla işlədi. Həzz aldım. Külək də hər sessiya dəyişirdi. Düzgün sazlanmanı tapmaq çətin idi. Buna görə də poul qazandığım üçün xoşbəxtəm.

Bolidimiz həm sıralanma, həm də yarış tempində güclüdür. Buna görə də sabahı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yaxşı start alarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*