M.Ferstappen: “Hər şey bərbad idi”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, özünü narahat hiss etdiyi üçün pis nəticə qazanıb.

F-1.az bildirir ki, hollandiyalı sürücü sıralanma turunda 6-cı yeri tutub.

Maks Ferstappen: “Sıralanma turu çox pis keçdi. Bolidin balansından narazıyam və istədiyim kimi dövrə vura bilmədim. Bəzən belə hallar olur. Bunu qəbul edib yolunuza davam etməlisiniz. Bu gün mənim günüm deyildi. Bolidlə mübarizə aparırdım. Sabah yarışa 6-cı yerdən başlasam da, yaxşı nəticə almağa çalışacam.

Boliddəki problemi hələ də anlamamışam. Bu axşam məlumatları təhlil edib bəzi şeylərin həllini tapmaq istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*