F-1.az xatırladır ki, hollandiyalı sürücü mövsümün ilk hissəsində etibarlılıq problemləri yaşasa da, mövsümün ikinci hissəsində Malayziya və Meksika yarışlarında qalib gəlmişdi.
Qyedo van der Qarde: “Mövsüm ərzində bir neçə dəfə etibarlılıq problemləri yaşadı. Bütün bunlar onun üçün dramaеik idi. Amma yaşadığı çətinliklər onu gücləndirdi. Artıq yetişkэn bir insandır. Bundan başqa sürüş stilini də təkmilləşdirdi. Xüsusən də sıralanma turunda böyük addımlar ata bildi. Maks hazırda ən sürətli sürücülərdəndir. Lyuisin istedadından xəbərdarıq, ancaq Maks gələcəkdə onu məğlub edə bilər”.