M.Ferstappen: Həmiltonla fərq çox olmalı idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, poul dövrəsində DRS işləmədiyi üçün 0.2 saniyə itirib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü son cəhdində zaman nəticəsini 0.038 saniyə təkmilləşdirərək, doğma publikası önündə poul qazanıb. Lakin 22 yaşlı pilotun son cəhdində DRS-i açılmayıb.

Maks Ferstappen: “DRs bağlandı? Bilmirəm. Son cəhdimdə 0.2 saniyə öndə idim, amma yeddinci döngəyə gələndə 0.15 saniyə itirdim. Motorun dövrünü də aşağı saldım. Bilmirəm. Baxmalıyam. Lyuis ilə fərq daha böyük olmalı idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*