F-1.az xatırladır ki, Həmilton digər sürücülərin çox şikayət etməsinə görə onları tənqid etmişdi. Bu tənqidin səbəbi sürücülərin Bakı trasının təhlükəli olduğunu deməsi idi. Bu, Həmiltonun şikayətlərə qarşı ilk tənqidi deyildi: Həmilton qış testlərində Ferrari-nin halo sistemi üçün “bu Formula1 tarixinin ən pis kəşfidir” demişdi.
Ferstappen isə bildirib ki, Həmilton media önündə düşündüyündən fərqli danışır: “O, mətbuata özünü elə göstərir ki, guya heç bir şey onu narahat etmir. Amma komandası ilə danışanda başqa cür danışır. Bakıda pit girişinin çətin olduğunu deyirdim və mənə dedi ki, başını bu cür şeylərlə yorma. Amma Rosberq Lyuisə dedi ki, sən pitə girəndə qorxduğunu demişdin. Bəs indi niyə belə danışırsan? Bəlkə də özünü soyuqqanlı göstərmək isəyir. Çünki hamımız təhlükəsizlik istəyirik. Heç kim yarış vaxtı ölmək istəmir.
Belə şeyləri danışmaqdansa, tras üzərində nümayiş etdirmək lazımdır. Ondan qorxmuram. O, çempionluq qazanıb deyə, onun fikirləri ilə razı ola bilmərəm”.
Ferstappen əlavə edib ki, komandanın işindən razıdır…