F-1.az xatırladır ki, son 5 ildə 4 dəfə Dünya Çempionu olan britaniyalı sürücü bu mövsüm 12 yarışdan 8-i qazanaraq, Sürücülər Çempionatına liderlik edir.
Maks Ferstappen: “Lyuisə fokuslanmamışam. Peletonda onun kimi güclü sürücülər var. Hər şey boliddən asılıdır. Uzun illərdir ki, komanda yoldaşları tərəfindən təzyiqə məruz qalmır. 2016-cı ildə mühərriyi partlamasa, çempion idi. Həmin il yay tətilindən sonra pis startlar alaraq, çempionluğu itirdi. Lakin komanda yoldaşları tərəfindən təzyiqə məruz qalmadı”.