F-1.az xatırladır ki, iki sürücü bu il çempionluq uğrunda amansız mübarizə aparırlar. Bu il keçirilən 5 yarışdan 3-ü Həmilton, 2-i isə Ferstappen qazanıb.
Maks Ferstappen: “Həmilton təcrübəli ola bilər, amma hərtərəfli sürücü deyil. Bu, mənim düşüncəmdir və kimsə mənimlə eyni fikirdə olmaq məcburiyyətində deyil. Mən onu qısqanmıram. Özümdən razıyam. Formula1-də yarışıram və gözəl həyatım var. Buna görə bəxtəvərəm. Heç kimlə bəs-əbəs etmirəm və qısqanc deyiləm. Həyatımdan razıyam”.