F-1.az xatırladır ki, Red Bull komandası qış testlərində yaxşı performans göstərib və etibarlılıqla bağlı problem yaşamayıb.
Maks Ferstappen: “Uğur qazanmaq üçün bolidi yaxşı anlamalısınız. Buna görə də testlərdə bacardığınız qədər çox məsafə qət etməlisiniz. İndiyə kimi gördüyümüz işlərdən razıyıq. Hər şey yaxşı işlədi. Bolid istədiyimiz kimi stabildir. Görək Avstraliyada vəziyyət necə olacaq.
Keçən il mühərriyimiz inkişaf etdiyi üçün tez-tez dəyişdirirdik. Bu il isə mövsümü cəza almadan bitirmək istəyirik. Qış testlərində motoru son həddə istifadə etmədik. Honda motoru da problemsiz işləyir. Onlar bütün hədəflərini reallaşdırırlar. Bizim də görüləcək çox işimiz var”.