F-1.ax xatırladır ki, hollandiyalı sürücü Meksika yarışını çox rahatlıqla qazanmışdı.
Maks Ferstappen: “Qələbə qazanmağın ən gözəl yolu budur. Təbii ki, ötmə etmək gözəldir, amma nəzarət etdiyim bir yarış olmayıb. Kartinqdə belə edirdim və əslində həmişə belə etmək istəyirsiniz. Hücum etmək yaxşı olsa da, mənim üçün vacib deyil. Nəticədə Həmilton kimi yarışlar qazanaraq çempion olursunuz.
Meksika favorit yarışlarımdan biri idi, çünki arxamda təzyiq olmadan yarışa nəzarət etdim. İlk döngədəki hücumu əvvəldən planlaşdırmamışdım. Xarici trayektoriyada fürsət görsəm, ötmə etməyə çalışaram. Bu saf instinkt ilə əlaqədardır. Atam mənə nə etməli olduğumu demədi. Bu sadəcə saf hissdir”.