M.Ferstappen: Hədəfimiz yarış bitirməkdir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, artıq hədfələri yarışları bitirməkdir.

F-1.az xatırladır ki, sonuncu Dünya Çempionu yarışın 39-cu dövrəsində güc itirib və mübarizəni dayandırıb. Beləliklə, lider Leklerdən 46 xal geridə qalıb.

Maks Ferstappen: “Bu, pis haldır. Hazırda nə deyim bilmirəm, amma çox ş görməliyik. İndidən çox geridə qalmışıq. Buna görə də çempionluq barədə düşünmürəm. Hazırda əsas hədəfimiz yarışları bitirməkdir.

Bu gün tempimiz pis idi. Buna görə də əsas hədəfim təkərlrəi qorumaq və yarışı bitirmək idi. Bizim üçün ikincilik yaxşı nəticə idi. Bilirdim ki, Şarlla mübarizə apara bilməyəcəm. Buna görə də onun üzərində təzyiq qurmaq yersiz idi. Sonda yarışı bitirə bilməmək əsəbpozucudur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*