M.Ferstappen: “Hazırda başqa bolid sürürəm”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, komandası mövsümün əvvəlinə nisbətən inkişaf edib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sonuncu Malayziya yarışında dominantlıq edərək, qalib gəlmişdi.

Maks Ferstappen: “Mövsümün əvvəlinə nisbətən fərqli bolidlə yarışıram. Xüsusən də, balans çox yaxşıdır və trasda daha rahat oluruq. Təbii ki, doğru sazlanmaları tapmaq asan deyil. Nyui və mühəndislər çox işləyərək, əla iş gördülər. Hər yarışdan sonra Nyui bolid barədə bizdən məlumatlar alır və çatışmayan tərəflərin üzərində işləyir. Ümid edirəm ki, son 5 yarışda Mercedes və Ferrari-yə çətin anlar yaşadarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*