M.Ferstappen: Hazır olmayan getməlidir

F-1.az xəbər verir ki, ikiqat dünya çempionu daha çox yarışa hazır olmayan sürücülərin karyeralarını bitirmələri daha yaxşı olar.

Maks Ferstappen: “Kimsə özünü daha çox yarışda iştirak etməyə hazır hiss etmirsə, durub getməsi daha yaxşı olar. Hesab edirəm ki, il ərzində daha çox yarışa çıxmağa hazıram. Həm də sona qədər mübarizə aparmaq gözəldir. Düzdür, hər il dramatik mövsümün olması mümkün deyil. İstəyərəm ki, 2021-ci ildəki kimi gərgin mübarizə olsun, amma bu, hər il olmur. Mən yenə də geridə qoyduğumuz mövsümdən razı qaldım. Özümü daha da çətin mübarizələrə hazır hiss edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*