M.Ferstappen: “Hava proqnozu vermək mümkünsüz idi”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, havanı proqnozlaşdırmaq çətin olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yağışın başlaması ilə pitə gələrək keçid təkərlərinə götürüb. Lakin tras tez quruduğu üçün yenidən pitə gəlib və UltraSoft təkərlərə keçib. Buna baxmayaraq, Ferstappen yarışı 4-cü yerdə bitirə bilib.

Maks Ferstappen: “Bu xaosda 4-cü olmaq yaxşı nəticədir. Boliddə özümü yaxşı hiss etsəm də, havanı proqnozlaşdırmaq çətin idi. Birinci yağışdan sonra 6-cı döngədə bolidim sürüşdü. Yağış təkərlərini götürəndən sonra gördüm ki, həmin yer quruyub. Qumar bəzən tutmur. Məncə, yağış yağmasa, yaxşı olardı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*