M.Ferstappen: Hava dəyişkən olacaq

Avstriya Qran Prisi Red Bull üçün ev yarışı sayılır və onlar öz qələbə seriyalarını davam etdirmək istəyirlər.

F-1.az xəbər verir ki, Şpilberq özünəxas tras olduğu üçün bəzən burada real qüvvələt nisbətinə uyğun gəlmir.

Maks Ferstappen: “Şənbə günü ilə bu ilin ikinci sprint yarışını gözləyirik. Adətən belə mərhələlər daha çətin olur və üstəlik hava da dəyişkən olacaq – hər şeyin necə getdiyini görəcəyik. Avstriya mərhələsi komanda üçün ev yarışıdır. Azarkeşləri görüb onlara yaxşı şou göstərməyi səbirsizliklə gözləyirəm. Dəfələrlə yaxşı nəticələr əldə etdiyimiz Şpilberqə qayıtmağa həmişə şad olarıq”.

Serxio Peres: “Avstriya yarışı həmişə əladır və bu dəfə komandanın evində olması hamımızda əhval-ruhiyyəni artırır. Bu mərhələdə inanılmaz sayda meksikalı azarkeş var, hər il bayraqları görürəm, lakin mən mümkün qədər trasda baş verənlərə diqqət yetirəcəyəm. Bu həftə sonu bacardığım nəticəyə nail olmağın nə qədər vacib olduğunu başa düşürəm.

Hava işləri çətinləşdirə bilər, optimal parametrləri tapmaq üçün ilk məşqinizdən maksimum yararlanmaq vacibdir. Bakıda sprint mərhələsindən həzz aldım və indi də buna nail olmaq istəyirəm, lakin bunun üçün irəliyə doğru addım atmalıyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*