F-1.az xəbər verir ki, niderlandlı sürücü yarışların çoxluğundan şikayətlənənlərə karyeralarını bitirməyi tövsiyə edir.
Maks Ferstappen: “Əgər kimsə bu qədər yarışa hazır deyilsə, F1-dən getsə yaxşı olar. Biz hamımız yarışçıyıq və yarışmağı sevirik. Əlbəttə, 2021-ci ildəki son yarışa qədər mübarizə aparmağımız çox gözəldir, amma 2022-ci ildə də üstün olmaq əla idi. Hər il 2021-ci il kimi gərgin keçsəydi, çətin olardı, lakin Formula1-də həmişə belə olmur, buna görə də hər şey qaydasındadır”.