M.Ferstappen: “Hadisələr mənim üçün həyati dərs oldu”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Çin yarışındakı qəza onun üçün həyati bir dərs olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bəhreyndə Lyuis Həmiltona hücum edərkən rəqibinə təmas etmiş və yarışı dayandırmalı olmuşdu. Amma 20 yaşlı sürücü Çində Fettelə hücum edərkən almaniyalı sürücünün yerində fırlanmasına səbəb olmuş və Ferrari komandasının sürücüsü çempionatda vacib xallar itirmişdi.

Maks Ferstappen: “Bəlkə sakitləşməməliyəm, ancaq hücum etməmişdən əvvəl yaxşı fikirləşməliyəm. Aqressiyanı azaltmalıyam. Bəlkə də, daha yaxşı nəticə qazanmaq istəyirəm. Əvvəllər ötmələrdə daha güclü idim, lakin bu il iki yarışdır ki, işlər istədiyim kimi getmir. İtirdiyim xalları kompensə etmək istərkən, tərsinə oldu. Bu, mənim üçün həyat dərsi idi və hadisələrdən dərs çıxarmalıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*