F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turunda ikinci sessiyaya çıxmağı özünə təmin edib. Lakin mühərriklə bağlı sazlanma tapmaq üçün ikinci dəfə trasa çıxıb və RB14-ün idarəetməsini itirərək, baryerlərə çırpılıb.
Maks Ferstappen: “Bəxtimiz gətirmədi. Mühərrikdə 150 at gücündə ani artım oldu. Arxa təkərlər aqressiv davrandı və mən də yerimdə fırlandım. Bunu gözləmirdim. Mühərriyin gücü 150 at gücü artdı və limitdə sürəndə bu böyük fərqdi”.