F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 2-ci yerdən başlasa da, pouldan start alan Fetteldən yaxşı yerindən tərpənib, amma almaniyalı sürücü onu sıxışdırdığı üçün soldan Rəykkönenlə toqquşaraq, mübarizəni dayandırıb.
Maks Ferstappen: “Sözün açığı, Sebastyanın günahkar olduğunu düşünürəm. Startdan sonra məni sıxışdırmağa başladı və deyəsən solumdakı Kimini görməmişdi. Bu elə də vacib deyil, amma çempionluq uğrunda mübarizə aparan bir sürücünün bu cür risk etməsi doğru deyil. Bu hadisədən sonra özü də mübarizəni dayandırdı. Bu hadisədən ən yaxşı faydalanan isə Lyuis oldu və günahkar Sebastyandır. Burada tempimiz yaxşı idi, amma heyif ki, istifadə edə bilmədik. Məncə, normal yarış qəzası deyildi. Mən öz yolumla gedirdim, lakin hər şey mənim başıma gəldi. Amma yaxşıkı hamımız mübarizəni dayandırdıq. Buna görə sevinirəm. Məyus olan tək adam mən olmadım”.