F-1.az xatırladır ki, Red Bull mövsümün ilk hissəsində 2 qələbə qazansa da, ikinci hissədə 4 yarışda cəmi 1 podiuma yüksələ bilib.
Maks Ferstappen: “Mövsümün ilk hissəsi iki qələbəyə görə gözləniləndən yaxşı keçdi və ikinci hissədə də hər şeyin yaxşı olacağını düşünürdük. Lakin indiyə qədər heç nə edə bilmədik. Son yarışlar yaxşı keçməsə də, mövsümün əvvəli əla idi. Keçən illə müqayisədə daha çox xal yığmışıq. 2018-ci ildə ilk 6 yarışda çox xal itirdik və bu il daha yaxşıdır”.
M.Ferstappen: “Gözləntiləri qarşılaya bilmədik”
Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, mövsümün ikinci yarısında gözlədiklərindən zəif olublar.